Borçalı 99" şirkəti 1999-cu ildən etibarən fəaliyyət göstərir və Azərbaycanda mətbəx üçün təmizlik məhsullarının istehsalı və satışı sahəsində ixtisaslaşmış aparıcı şirkətlərdən biridir. Uzun illərə dayanan təcrübəmiz və keyfiyyətə verdiyimiz önəm sayəsində, bazarda etibarlı və tanınmış brendə çevrilmişik.
Məhsullarımız müasir texnologiyalar əsasında, yüksək gigiyenik standartlara uyğun olaraq istehsal olunur. Müştərilərimizin ehtiyac və gözləntilərinə cavab vermək üçün məhsul çeşidlərimizi daim yeniləyir, həm ev istifadəsi, həm də peşəkar mətbəxlər üçün effektiv və təhlükəsiz təmizlik məhsulları təqdim edirik.
"Borçalı 99" şirkət olaraq əsas missiyamız təmiz, sağlam və rahat yaşam mühiti yaratmaqdır.
Müştəri məmnuniyyətini prioritet hesab edir, həm keyfiyyət, həm də sərfəli qiymət baxımından daim üstünlüyümüzü qoruyuruq.
Şirkətimizin istehsal etdiyi məhsullar ( Gold Buta, Bloom, Seide, Acord, Life, Lovbe, Spark ) dünya standartlarına uyğun istehsal olunduğunu və gündəlik
həyatda necə rahatlıq yaratdığını ətraflı şəkildə izləyə bilərsiniz.
